• Kategorilerim

Yorğun şəhər - Ramin Cahangirzade

22/4/2008 ·

Ramin Cahangirzade

 

Çıxdım ən uca yerə

Ayağımın altında

Yırğalanan yorğun şəhər.

Çən basmışdı…

Düşüncələrin gədiyində,

Qurd qoxusu.

İzlərim soyumuşdu

Varlığım soyulmuş can kimi.

Baxırdım…

Baxışlardan donurdu duyğum.

Uşaqlar

Ax uşaqlar!

Nədənsə onların gözündə

Can verirdi ulduzlar.

Xiyavanlar

İlan qorxusundan kirimişdi.

Dəhşət!

Dəhşət tökülürdü divarlardan.

Körpələr hələ körpüdən keçməmiş,

Tökülürdülər tıkanların ağzına.

Yuva salmışdı bayquşlar,

Günəş xarabalığında.

Şəhəhr buzluğa çevrilmişdi

Sibriyanın buz dağlarına bənzəyən

O şəhərdə,

bir ürək donmuşduş.

0 yorum yazılmıştır

« Önceki :: Sonraki »

Free Site Counters
Free Site Counters