21/4/2008 ·

Nərmin kamal
Fərqimiz yoxdur
Uşaqlıqda hamımızın pis yaraları olub
yorğana dəyəndə qopub
oyanmışıq
Başımız yerdən on qarış aralıdı
bundan az olana acıyırıq
Hərəmiz ən azı bir adam sevmişik
Qəribə yuxular görmüşük
Quşlara baxıb köks ötürmüşük
İtkilərə göz yaşı tökmüşük
Söz vermişik etməmişik
Heç birimiz
Arktikaya getməmişik
Hamımız açar itirmişik
Ölməyəcəyimizi düşünmüşük
xeyri yoxdur
Səs verəcəyik
çarəmiz yenə yoxdur
imkan verəcəyik onlara ki
həyatımızı alt-üst etsinlər
Öləndə hamımızı şlanqla yuyacaqlar
Sözdü də deyirlər
çətin gündə həyat yoldaşlarımız
üzümüzə tüpürəcəklər
atacaqlar daşımızı
mələk kimi gəlmişdilər
götürüb gedəcəklər zibillərini
biz tək qalacağıq axırda
hamımızı qurd yeyəcək
doyacaq acıyıb bir də soracaq
Yüz ildən sonra isə
heç kimin tükü tərpənməyəcək
adın gələndə
O adı sənə
sevgiylə qoymuşdular
Belədi bu iyvermiş camışlar
3 yorum yazılmıştır
Yazan:isimsiz |
Tarih: 2009-03-30 12:14:46
Konu: Omur marketi (Nermin Kamaldan)
Ömür marketi
Bir gecə ömür satıldığını eşitdik
pulqabını götürüb ömür almağa getdik
necə də sevindik
arzusu çox olanlar
həyatdan doymayanlar
uşaqlar gənclər qocalar...-
uzun bir növbə vardı
hamı ömür alırdı
alanlar yenə növbəyə dayanırdı
növbə bizə çatanda... bitdi ömür!..
ən bahalı qiymətlərə də vermədi kimsə
öz beşinci altıncı ömür kartını bizə
insanlar yaşamaq
yenə yaşamaq
bir də yaşamaq
yaşamaq
yaşamaq istəyirdi...
Bağlantı » »
Yazan:isimsiz |
Tarih: 2009-03-30 12:13:27
Konu: Kartof qızartması haqqında şeir
Kartof qızartması haqqında şeir
bir gecə qəfildən
hər hansı səbəbdən
evindən küçəyə qovulmuş
ya da həmişə küçələrin səfil sakini olmuş insanı
veyil-veyil gəzdiyi qəsəbə həyətlərində
ən çox
nə dərd, nə kədər, nə qəm,
nə uğursuz keçmiş, nə ümidsiz gələcək,
nə həyatın ədalətsiz mənzərəsi,
nə zeytun ağaclarının soyuq-soyuq yellənməsi,
nə yorğunluq, nə şaxta, nə buzlayan ayaq barmaqları,
nə də bu kimi şeylər deyil,
qapılardan küçəyə yayılan kartof qızartmasının qoxusu incidər ən çox…
o xoşbəxt evlərdə xoşbəxt analar xoşbəxt qızlarına
kartof qızartmağı öyrədərlər
necə doğramalı
necə çevirməli
yarısı çiy qalıb, yarısı yanmamalı...
xəbərsiz olarlar qapılarından keçən səfillərin
kartof qızartmasının qoxusuna titrəyən burun pərlərindən
bəlkə də olar xəbərləri
indi
qalınlığı 1-1,5 sm,
uzunluğu ovuc içi boyda kartof dilimləri
mənim kartof dilimlərim
tavada qızarmaqda ikən
düşünürəm
gecəyarı oyanıb kartof qızartmaqda bir şairanəlik var
bəlkə pəncərənin altında biri var
bəlkə yoxdu
bəlkə sürtkəcdən keçirib qızardım kartofu
bəlkə sürtkəc yoxdu
bəlkə bir şəhər kartof soyub qızardaq
bəlkə bir şəhər kartof soyub qızardaq
intəhası
bəlkə şəhər yoxdu
bəlkə soymaq yoxdu
bəlkə qızartmaq yoxdu
***
nə uzadım,
istəyirəm biləsən ki,
kartof qızartması tək kartof qızartması deyil ki
daha məsud yaşamağın qoxusudu
o başqa söhbətin mövzusu ki
bəlkə yaşamaq yoxdu
qoxu yoxdu
kartof da yoxdu
Bağlantı » »
Yazan:isimsiz |
Tarih: 2009-03-30 11:57:03
Konu: Kartof qızartması haqqında şeir
Kartof qızartması haqqında şeir
bir gecə qəfildən
hər hansı səbəbdən
evindən küçəyə qovulmuş
ya da həmişə küçələrin səfil sakini olmuş insanı
veyil-veyil gəzdiyi qəsəbə həyətlərində
ən çox
nə dərd, nə kədər, nə qəm,
nə uğursuz keçmiş, nə ümidsiz gələcək,
nə həyatın ədalətsiz mənzərəsi,
nə zeytun ağaclarının soyuq-soyuq yellənməsi,
nə yorğunluq, nə şaxta, nə buzlayan ayaq barmaqları,
nə də bu kimi şeylər deyil,
qapılardan küçəyə yayılan kartof qızartmasının qoxusu incidər ən çox…
o xoşbəxt evlərdə xoşbəxt analar xoşbəxt qızlarına
kartof qızartmağı öyrədərlər
necə doğramalı
necə çevirməli
yarısı çiy qalıb, yarısı yanmamalı...
xəbərsiz olarlar qapılarından keçən səfillərin
kartof qızartmasının qoxusuna titrəyən burun pərlərindən
bəlkə də olar xəbərləri
indi
qalınlığı 1-1,5 sm,
uzunluğu ovuc içi boyda kartof dilimləri
mənim kartof dilimlərim
tavada qızarmaqda ikən
düşünürəm
gecəyarı oyanıb kartof qızartmaqda bir şairanəlik var
bəlkə pəncərənin altında biri var
bəlkə yoxdu
bəlkə sürtkəcdən keçirib qızardım kartofu
bəlkə sürtkəc yoxdu
bəlkə bir şəhər kartof soyub qızardaq
bəlkə bir şəhər kartof soyub qızardaq
intəhası
bəlkə şəhər yoxdu
bəlkə soymaq yoxdu
bəlkə qızartmaq yoxdu
***
nə uzadım,
istəyirəm biləsən ki,
kartof qızartması tək kartof qızartması deyil ki
daha məsud yaşamağın qoxusudu
o başqa söhbətin mövzusu ki
bəlkə yaşamaq yoxdu
qoxu yoxdu
kartof da yoxdu
Bağlantı » »
« Önceki :: Sonraki »