• Kategorilerim

Məlihə Əzizpur

27/6/2008 ·

 

:: Məlihə Əzizpur

 

1

Bura ət bazarı!

 

Kimisi göz

Kimisi dil

Kimisi beyin

Kimisi boyun

Kimisi qursaq…

Və, ayrıca

Neçə batman kimiləri

Baha – baha döşəniblər tabaqlara…

 

Bura ət bazarı!

Özlük ucuzluğu

Alana minnət…

 

2

Daha çıldırmışam nanay nay…!

Indi mənim o yerimdir

Dünyanı təp – çevir edəm.

Nə olacaq

Məni tutub asacaqlar

Ya, canımı alacaqlar?!

 

Bax… indicə

Sədaqəti suya qatıb içəcəyəm

Həqiqəti bəllələyib yeyəcəyəm.

Nə vecimə

Boğazımdamı qalacaq

Yoxsa, kəkliyim azacaq?!

 

Daha çıldırmışam nanay… nay…!

əlimi, lap uca yerə qoymuşam

dəliliyimin, son noqtasını qoymuşam

bu qonunu, saf vicdandan duymuşam:

“yaşam, çapıb – çapılmaqdadır

Çapmasan, çapılacaqsan”…

 

Çıldırmışam daha,

Nanay… nay…

 

3

O, leyli kimi – şirin kimi bir gözəldir!

Yerişi kəklik

Duruşu tovuz

Gülüşü roz gülü təkdir.

Hələ,

İşvəsini – nazını görəsən!!!

 

***

Bağışlayın ağa!

Rozunuzun markası nədir?!

 

 

4

 

Bu üçüncü çaydı

Süzürəm sənə.

Bu da soyuyacaq bilirəm

Gəlməyəcəksən

 

***

Nədən görəndə səni

Kırıxıram

Doğurdan?!

 

***

Bu üçüncü çaydı

Süzməyim gəlmir özümə

Bu da soyuyacaq

Gəlməyəcəksən

Bilirəm…

“DENİZ, GÖY, SEN” - Nebi XEZRİ

7/6/2008 ·

Nebi XEZRİ



-Denizi hediyye verirem sene...
Men dedim, sen baxdın, sen gülümsedin.
Göylerin şefeqi düşdü üzüne,
-Men ise göyleri verirem, - dedin...
Ayrıldıq qeribe hediyyelerle,
Göyler eşqim kimi mene ezizdir.
Ayrıldıq denizle, ağ lepelerle,
Nece aparasan? Deniz denizdir!
Denizi verdim ki, sene hediyye,
Geldiyim sahile gelesen bir de.
Meni görmeyende o menem deye,
Menimle danışıb, gülesen bir de.
-Eger görüşmesek, bize dağ olar,
Dedim, neçe defe bele dedim men.
Deniz sahiline qayıtmaq olar,
Göylerin sahili varmı, gedim men? !
Düşündüm, ayrıldıq gelenden beri,
Sen menim eşqime çıraq olasan.
Onunçün verdinmi mene göyleri,
Menden göyler qeder uzaq olasan? !
Men bir denizem ki, eşqim seherdir,
Seni düşünürem, ezizim, yene.
Menim dalğalarım xatirelerdir,
Qoy, çatsın qelbinin sahillerine.
Esl mehebbet ki, böyük hünerdir,
Coşar ümman kimi teze arzular.
Menim dalğalarım xatirelerdir,
Orda tufan da var, burulğan da var.
Denizem, eşqimden qaçmaq hederdir,
Men ki, adlayıram çölü, çemeni.
Menim dalğalarım, xatirelerdir,
Gece de, gündüz de tapacaq seni.
İstesen yuxuna gelerem senin,
gelerem deniz kimi.
Üzüne inciler çilerem senin,
çilerem deniz kimi.
Yoluna şefeqler seperem herden
seperem deniz kimi.
İstesen üzünden öperem herden,
öperem deniz kimi.
Adını qelbinin sahillerine
yazaram deniz kimi,
'Sevirem' söylesen bir axşam mene,
Susaram deniz kimi,
Susaram deniz kimi...
Dünyada sakitlik aramadım men,
Güneş kimi parla, seher kimi gel.
Göylertek yuxuma gelmek istesen,
Sen aylı, ulduzlu göyler kimi gel.
Adla, qucağından gur tufanların,
Men baxım axşamdan sehere kimi.
Adla, ağ yoluyla kehkaşanların,
Parlasın her ulduz xatire kimi.
Gel, qış gecesinde, yaz seherinde,
Denizi göylerden ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlerinde,
Sen görüş vaxtını şimşeklerle yaz!
Men gerek neğmetek seni dinleyem,
Sen menim eşqimle, üreyimlesen.
Ne qeder göyler var, men seninleyem,
Ne qeder deniz var, sen menimlesen...

Yorğun şəhər - Ramin Cahangirzade

22/4/2008 ·

Ramin Cahangirzade

 

Çıxdım ən uca yerə

Ayağımın altında

Yırğalanan yorğun şəhər.

Çən basmışdı…

Düşüncələrin gədiyində,

Qurd qoxusu.

İzlərim soyumuşdu

Varlığım soyulmuş can kimi.

Baxırdım…

Baxışlardan donurdu duyğum.

Uşaqlar

Ax uşaqlar!

Nədənsə onların gözündə

Can verirdi ulduzlar.

Xiyavanlar

İlan qorxusundan kirimişdi.

Dəhşət!

Dəhşət tökülürdü divarlardan.

Körpələr hələ körpüdən keçməmiş,

Tökülürdülər tıkanların ağzına.

Yuva salmışdı bayquşlar,

Günəş xarabalığında.

Şəhəhr buzluğa çevrilmişdi

Sibriyanın buz dağlarına bənzəyən

O şəhərdə,

bir ürək donmuşduş.

Paltarlarım - Alma Muğanlı

22/4/2008 ·

Alma Muğanlı

 

Paltarlarımı;

Ip üstünə sərmişəm!

Yel əsir,

Paltarlarım dalğalanır...

Onları geyirəm,

Dənizə bənzəyirəm!...

Millət necə tarac olur olsun, nə işim var?! - Mir

21/4/2008 ·

 

Mirzə Ələkbər Sabir

 

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyəvü cahan ac olur olsun, nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək- tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın;

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Salma yadıma söhbəti- tarixi – cəhani,
Əyyami- sələfdən demə söz bir də, filani,
Hal isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli görmək nə gərək , ömrdü fani;

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Övladi- vıtın qoy hələ avarə dolansın,
Çirkabi- səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi- şənim ucalansın;

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Hər millət edir səfheyi – dünyadə tərəqqi,
Eylər hərə bir mənzili- məvadə tərəqqi,
Yorğan – döşəyimdə düşə gər yadə tərəqqi,
Biz də edərok aləmi- röyadə tərəqqi;

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Fərqimiz yoxdur - Nərmin kamal

21/4/2008 ·

 

Nərmin kamal

Fərqimiz yoxdur

Uşaqlıqda hamımızın pis yaraları olub
yorğana dəyəndə qopub
oyanmışıq
Başımız yerdən on qarış aralıdı
bundan az olana acıyırıq
Hərəmiz ən azı bir adam sevmişik
Qəribə yuxular görmüşük
Quşlara baxıb köks ötürmüşük
İtkilərə göz yaşı tökmüşük
Söz vermişik etməmişik
Heç birimiz
Arktikaya getməmişik
Hamımız açar itirmişik
Ölməyəcəyimizi düşünmüşük
xeyri yoxdur
Səs verəcəyik
çarəmiz yenə yoxdur
imkan verəcəyik onlara ki
həyatımızı alt-üst etsinlər
Öləndə hamımızı şlanqla yuyacaqlar
Sözdü də deyirlər
çətin gündə həyat yoldaşlarımız
üzümüzə tüpürəcəklər
atacaqlar daşımızı
mələk kimi gəlmişdilər
götürüb gedəcəklər zibillərini
biz tək qalacağıq axırda
hamımızı qurd yeyəcək
doyacaq acıyıb bir də soracaq
Yüz ildən sonra isə
heç kimin tükü tərpənməyəcək
adın gələndə
O adı sənə
sevgiylə qoymuşdular
Belədi bu iyvermiş camışlar

ÖLÜME DAİR - Nazım Hikmet

21/4/2008 ·

ÖLÜME DAİR

 

Buyrun, oturun dostlar,
hoş gelip sefalar getirdiniz.
Biliyorum, ben uyurken
hücreme pencereden girdiniz.
Ne ince boyunlu ilâç şişesini
ne kırmızı kutuyu devirdiniz.
Yüzünüzde yıldızların aydınlığı
başucumda durup el ele verdiniz.
Buyrun, oturun dostlar
hoş gelip sefalar getirdiniz.

Neden öyle yüzüme bir tuhaf bakılıyor?
Osman oğlu Hâşim.
Ne tuhaf şey,
hani siz ölmüştünüz kardeşim.
İstanbul limanında
kömür yüklerken bir İngiliz şilebine,
kömür küfesiyle beraber
ambarın dibine...

Şilebin vinci çıkartmıştı nâşınızı
ve paydostan önce yıkamıştı kıpkırmızı kanınız
simsiyah başınızı.
Kim bilir nasıl yanmıştır canınız...
Ayakta durmayın, oturun,
ben sizi ölmüş zannediyordum,
hücreme pencereden girdiniz.
Yüzünüzde yıldızların aydınlığı
hoş gelip sefalar getirdiniz...

Yayalar-köylü Yakup,
iki gözüm, merhaba.

Siz de ölmediniz miydi?
Çocuklara sıtmayı ve açlığı bırakıp
çok sıcak bir yaz günü
yapraksız kabristana gömülmediniz miydi?
Demek ölmemişsiniz?

Ya siz?
Muharrir Ahmet Cemil?
Gözümle gördüm
tabutu

 

Atom - Mesud Haray

5/4/2008 ·

   Atom

 

"Yazılarında 'bomba' gizletme

Şiirlerinde'barıt'

Qələmindı 'qurşun'

Sen ölümüne şiir qoşma şair.

Dayan!

Atdim-atdim geri dön" dediler :

Ama bilmediler

'Atom' deyilen bir zerreciyin patlayiş göcünü.

 

Taxıl Beynimə - Mesud Haray

30/3/2008 ·

Taxıl Beynimə

 

Içimdə bir həsrət yaşayır

    Sənin kimi

Köksümə ayaq qoymadan

     Taxıl beynimə

 

Ey yaşıllığın yanğını

    Bu tarla sənin

           Ya biç ya yandlr

 

Bu pencərənin dalında pöşələnmiş yarpaqlar

       Sənin kimi solurlar

Ən kiçik barmağımda sənə baxır

           Və gülür

 

Hirsdən alav qalxa keşkə

       Yandıra

           Məni

              Barmaqlarımı

                    Və ...

 

 

SEVİREM - Aydın Araz

15/3/2008 ·

SEVİREM

 

Mene "SEVİREM" dediyini

dananmazsan,

Telfunlarımızı izleyen kişiler,

Şahıddı buna.

« Önceki ::

Free Site Counters
Free Site Counters